OECD: Mənzil problemi təcrid olunmuş deyil, sistemli şəkildə həll edilməlidir
sizinxeber.az xəbər saytı

OECD: Mənzil problemi təcrid olunmuş deyil, sistemli şəkildə həll edilməlidir


Mənzil problemi təcrid olunmuş deyil, sistemli şəkildə həll edilməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.

"BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə on ildir ki, həyata keçirdiyimiz Milli Şəhərsalma Siyasətinin qlobal monitorinqi 80-dən çox ölkəni əhatə edir. Təxminən iki il əvvəl aparılan son monitorinqə əsasən - bu çox ümidvericidir - ölkələrin 80 %-dən çoxu Milli Şəhərsalma Siyasətinin tətbiq olunan siyasi liderlik sayəsində onların şəhərsalmanı idarə etmək və davamlılığı gücləndirmək bacarıqlarını artırdığını bildirir. Bu siyasətin açıq və ya gizli olmasından, dar sahəli və ya geniş spektrli olmasından, daha çox tövsiyə xarakterli və ya birbaşa fəaliyyətə yönəlməsindən asılı olmayaraq - üzv ölkələrdə institusional çərçivələrin böyük müxtəlifliyi mövcuddur - bütün şəraitlərdə bu siyasətin etdiyi şey mənzil siyasətini şəhərsalmanı keyfiyyətli bir prosesə çevirən perspektivə daxil etməkdir. Bu, sadəcə ayrı-ayrı sahəvi təşəbbüslərin mexaniki toplusu deyil", - deyə o qeyd edib.

Qonaq əlavə edib ki, bu, siyasi bir seçimdir: "Əgər biz bu məsələdə ciddiyiksə, hökumətlər qısamüddətli qazanclardan çox uzunmüddətli nəticələrə üstünlük verməlidirlər. Onlar nazirliklər və müxtəlif idarəetmə səviyyələri arasında stimulları uzlaşdırmalı, daha güclü sistemlər üçün institusional potensiala investisiya qoymalıdırlar. Bu sistemlər mənzil problemlərini təcrid olunmuş şəkildə deyil, sistemli şəkildə əhatə etməlidir. Yəni, bu, həm təklif, həm tələb, həm keyfiyyət, həm əlçatanlıq, həm də eyni zamanda idarəetmə və maliyyələşdirmə məsələsidir. Buna görə də bizə mənzil təminatının insanların rifahı üçün daşıdığı önəmi real olaraq əks etdirən Milli Şəhərsalma Siyasətləri (NUP) lazımdır".

Oxşar xəbərlər

OECD ölkələrində sosial kirayə məqsədli mənzillərin payı açıqlanıb
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
UN-Habitat nümayəndəsi mənzil təminatındakı əsas çətinlikləri açıqlayıb
UN-Habitat: Zəif mülkiyyət hüququ həssas qrupları mənzil təminatından kənar edir
Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər