Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
Azərbaycan keçmiş münaqişə zonasına milyardlarla dollar sərmayə yatırır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın genişmiqyaslı yenidənqurma işləri eyni zamanda sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir:
"Bu, hamı üçün daha yaxşı, firavan gələcək qurmaq strategiyasıdır. Azərbaycanın qətiyyətli mövqeyi və addımlarından sonra Cənubi Qafqaz onilliklər boyu davam edən qeyri-sabitlikdən həqiqi sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir. Uzun illər davam edən münaqişənin başa çatması və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün tam bərpası regional dinamikanı dəyişdirib, sülh və təhlükəsizlik üçün əsas təhdidlərdən birini aradan qaldırıb və regional əməkdaşlıq üçün yeni perspektivlər yaradıb".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Şəhərlər bir çox sahələrdə əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilirlər
Ceyhun Bayramov İstanbulda Ermənistanla sülh prosesi barədə danışıb
Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib
Ceyhun Bayramov ukraynalı həmkarını Ermənistanla davam edən sülh danışıqları barədə məlumatlandırıb
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
