COP29-un baş icraçı direktoru: Ədalətli proses aparmaq istəyiriksə, kiçik ada dövlətləri nəzərə alınmalıdır
“Kiçik ada dövlətləri ən xüsusi kateqoriyalardan biridir. Müqavilələrdə kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrin adı spesifik olaraq keçir”.
Bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanovun Sizinxeber.az-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bunlar tarixən və hazırda istixana qazlarındakı izi ən az olan, amma istixana qazlarının yaratdığı problemlərə ən çox məruz qalan ölkələrdir.
“Bu, iqlim fəaliyyətinin ədalətli olub-olmaması məsələsindəki lakmus testidir. Yəni ədalətli proses aparmaq istəyiriksə, bu ölkələr nəzərə alınmalıdır. Kiçik ada ölkələri ekzistensial problemlə üz-üzədir. Onların qlobal istixana qazlarına təsirləri 1%-dən azdır. Kiçik ada dövlətləri yaratmadıqları problem nəticəsində öz ölkələrini itirmək təhlükəsi ilə üz-üzədir. Bunlar həm iqtisadi, həm coğrafi, həm sosial cəhətdən strateji dərinliyi olmayan ölkələrdir. Bir tufan ada ölkəsinin iqtisadiyyatını yox edə bilər. İqlim müzakirələrinin ən həssas halqası bu ölkələrdir. Azərbaycan da inkişaf etməkdə olan ölkə kateqoriyasındadır. Biz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilirik. Azərbaycanın sahib olduğu dəyərlərə görə biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır. Bizim şüarımız da yaşıl dünya naminə həmrəylikdir – bu təşəbbüsümüz şüarımızı əmələ çevirməyimizin ən yaxşı misallarındandır. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalanları bu prosesə cəlb etmək tarixi missiyamızdır”, - Elnur Soltanov qeyd edib.
Oxşar xəbərlər
Britaniyalı nazir: Kiçik ada dövlətləri iqlim dəyişikliyindən ən çox təsirlənənlər arasındadır
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib
COP29-un baş icraçı direktoru: Azərbaycanın kifayət qədər böyük daş kömür yataqları olmasına baxmayaraq, onlardan istifadə etmir
Elnur Soltanov: Karbon bazarları və karbona qiymət qoyulması ilə bağlı danışıqlar aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
