Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
may
2026
00:30
ff aaaaaaa

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

18 may, 2026
00:30
984

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı İslam Əjdərov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Feederasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, 18 yaşadək idmançıların mübarizəsində oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yarış boyunca yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekununda idmançımız çempionatı bürünc medalla başa vurub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul