WUF13-də iştirak üçün 182 ölkədən 40 000-dən çox şəxs qeydiyyatdan keçib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2026
12:50
ff

WUF13-də iştirak üçün 182 ölkədən 40 000-dən çox şəxs qeydiyyatdan keçib

16 may, 2026
12:50
970

WUF13-də iştirak üçün 182 ölkədən 40 000-dən çox şəxs qeydiyyatdan keçib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb. Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, belə geniş beynəlxalq maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

×
×