Dimitris Avramopulos: Dünya əhalisinin yarısı şəhərlərdə yaşayır, bu göstərici getdikcə artır
sizinxeber.az xəbər saytı

Dimitris Avramopulos: Dünya əhalisinin yarısı şəhərlərdə yaşayır, bu göstərici getdikcə artır


Dayanıqlılıq əvvəlcədən proqnozlaşdırma və planlaşdırma ilə formalaşır. Erkən xəbərdarlıq sistemi təkcə texnologiya ilə deyil, həm də idarəetmə ilə bağlıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə 2014-2019-cu illərdə Avropa Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq məsələləri üzrə komissarı olmuş Dimitris Avramopulos deyib.

O qeyd edib ki, texnologiya təkbaşına kifayət etmir və siyasi iradə və insan yönümlü idarəetmə də vacibdir:

"Dünya əhalisinin yarısı şəhərlərdə yaşayır və bu göstərici getdikcə artır. İnsanlar şəhərlərə daha çox meyl etdikcə, şəhərlər qlobal çağırışların əsas mərkəzinə çevrilir. Enerji, texnoloji məhdudiyyətlər və sosial bərabərsizlik kimi ciddi problemlər ortaya çıxır.

Yanğınlar, daşqınlar, istilik dalğaları və bina yanğınları artıq uzaq anlayışlar deyil, şəhər həyatının reallığına çevrilir. İqlim dəyişikliyini yalnız ətraf mühit problemi kimi deyil, həm də sosial və iqtisadi təsirləri olan kompleks bir məsələ kimi qəbul etmək lazımdır. Mal-qara və kənd təsərrüfatı sahələri, eləcə də xidmət sektoru bu dəyişikliklərdən təsirlənir, sosial tarazlıq pozulur. Fəlakətlərdən ən çox həssas qruplar - zəif mənzil təminatı olan insanlar, uşaqlar, yaşlılar və məcburi köçkünlər əziyyət çəkir. Erkən xəbərdarlıq sistemləri və iqlimə dayanıqlılıq məsələləri birgə nəzərdən keçirilməlidir. Şəhərlərlə bağlı siyasətlərdə dayanıqlılığın inkişafı, infrastrukturun gücləndirilməsi və şəhər ilə təbiət arasında tarazlığın qorunması mühümdür. Yaşıl dəhlizlər, dayanıqlı su sistemləri və karbon emissiyalarının azaldılması əsas istiqamətlərdəndir. Elm əsaslı siyasət yürüdülməli, uzunmüddətli beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz".

Oxşar xəbərlər

Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir
Umayra Tağıyeva: Azərbaycan meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
BMT: Qarşıdakı illərdə şəhər əhalisinin artımının yarısı 7 ölkənin payına düşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər