COP29-un baş icraçı direktoru: Azərbaycanın kifayət qədər böyük daş kömür yataqları olmasına baxmayaraq, onlardan istifadə etmir
Neft ölkəsi ifadəsi son vaxtlar mənfi kontekstdə istifadə olunur və o mənada bu ifadəni qəbul etmirəm. Çünki dünyanın iqtisadi sistemi neft, qaz, daş kömür üzərində qurulub.
Bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov Sizinxeber.az-ya müsahibəsində bildirib.
“Karbohidrogenlərin satılıb-alınması sərbəstdir, icbari şəkildə baş vermir. Bu çərçivədə bütün ölkələr neft ölkəsidirlər, ya istehsalçı, ya da istehlakçı olaraq. Neft və qaz daha çox vurğulansa da, daş kömürün də karbohidrogen olduğu unudulmamalıdır və bu kateqoriyadaki yanacaqlar içində ən çox emissiya yaradan da məhz daş kömürdür. Azərbaycanın adambaşına düşən istixana qazları emissiyası Avropa və dünya ortalamasından azdır. Azərbaycan ümumiyyətlə, emissiyalar sistemində dünya üzrə 70-75-ci yerləri tutur və payımız mində bir ətrafındadır. Bizim üçün neft ölkəsi olmaq qürur mənbəyidir, çünki neft ölkəsi olaraq Azərbaycan bütün dünyanın inkişafına təkan vermiş oldu. Dünyanı istixana qazları ilə kirlədərək inkişafın ən yüksək mərhələsinə çatıb, sonra geri baxaraq bəzi inkişafda olan ölkələrə “neft ölkəsi” deyə qınayıcı nəzərlərlə baxmaq mənəvi cəhətdən doğru deyil. Hər kəs prosesə maksimum töhfə verməyə çalışmalıdır. Meyar budur. Ancaq unudulmamalıdır ki, iqlim müqavilələrinin də təsbit etdiyi kimi bizim ortaq, amma fərqli məsuliyyətlərimiz, fərqli qabiliyyətlərimiz, fərqli milli xüsusiyyətlərimiz var. Yaşıl keçid bir məcburiyyətdir, ancaq ədalətli yaşıl keçid yeganə yoldur. Dünyadakı ilk 6 ölkənin emissiyaları ümumi emissiyaların 60%-ni təşkil edir, G20 ölkələrinin emissiyaları emissiyaların təqribən 80%-ni təşkil edir”, - COP29 Azərbaycan üzrə baş icraçı direktor vurğulayıb.
Elnur Soltanov qeyd edib ki, Azərbaycanın kifayət qədər böyük daş kömür yataqları olmasına baxmayaraq, onlardan istifadə etmir: “Daş kömür təbii qazdan 80% daha kirlidir. Müqayisə üçün deyim ki, Avropa İttifaqının özündə daş kömür kifayət qədər yayğın istifadə olunur. Cənab Prezidentin dediyi kimi, əsas ölçü ölkələrin neftə-qaza sahib olması deyil, yaşıl keçid istiqamətində atdıqları addımlardır, bu prosesə verdikləri töhfədir. Bu cəhətdən baxsaq, Azərbaycanın iqlim fəaliyyətləri ən yumşaq ifadə ilə təqdirəlayiqdir”.
Oxşar xəbərlər
COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq
Elnur Soltanov: Karbon bazarları və karbona qiymət qoyulması ilə bağlı danışıqlar aparılır
Nazir: Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq
Emin Mahmudov kapitanlıqla bağlı paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












