Parlament sədri: İran ABŞ ilə danışıqlarda müharibəyə son qoymağa çalışır
sizinxeber.az xəbər saytı

Parlament sədri: İran ABŞ ilə danışıqlarda müharibəyə son qoymağa çalışır


“ABŞ ilə danışıqlarda İran Vaşinqtonla münasibətlərini normallaşdırmağa yox, müharibəyə son qoymağa və Yaxın Şərqdə təhlükəsizliyi təmin etməyə çalışır”.

Sizinxeber.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

"Məqsədimiz ABŞ ilə münasibətləri normallaşdırmaq deyil, müharibəyə son qoymaq və uzunmüddətli təhlükəsizliyi təmin etməkdir. Eyni zamanda, biz qarşı tərəfə də etibar etmirik", - o İran xalqına müraciətində bildirib.

Parlament sədri onu da vurğulayıb ki, son gərginliyə səbəb olan ABŞ və İsrailin birgə addımları olub.

Oxşar xəbərlər

Qalibaf: ABŞ-ın təhdidləri fonunda danışıqlar qəbuledilməzdir
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib
Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər