Aİ nümayəndəsi: Gəncədəki layihələr Azərbaycan və Aİ-nin ümumi məqsədlərini əks etdirir
sizinxeber.az xəbər saytı

Aİ nümayəndəsi: Gəncədəki layihələr Azərbaycan və Aİ-nin ümumi məqsədlərini əks etdirir


Avropa İttifaqı (Aİ) Azərbaycanda səhiyyə, ekologiya, şəhər infrastrukturu və nəqliyyat sahələrində, o cümlədən Gəncə şəhərində layihələr həyata keçirir.

"Report"un Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, Gəncədə həyata keçirilən layihələr ikitərəfli əməkdaşlıq çərçivəsində Aİ və Azərbaycan tərəfindən müəyyən edilmiş ümumi məqsədlərin və ambisiyaların bir hissəsidir.

"Bütün təşəbbüslər iki əsas kateqoriyaya – qrant və investisiya layihələrinə bölünür. Qrant vəsaitləri Azərbaycanın maraqları naminə proqramların həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar vasitəsilə Aİ tərəfindən verilir və geri qaytarılmır. İnvestisiya layihələri isə, öz növbəsində, dövlət qurumlarına və ya bələdiyyələrə kreditlər şəklində maliyyələşdirmənin verilməsini nəzərdə tutur", - o bildirib.

Bununla yanaşı, Bojkovun sözlərinə görə, Aİ alıcıların maliyyə yükünü azaldaraq, kreditləri qrant komponenti ilə qismən kompensasiya etməyə imkan verən mexanizmlərdən istifadə edir.

Bojkov vurğulayıb ki, qrant təşəbbüsləri sırasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iştirakı ilə Qarabağda regional inkişaf və ətraf mühitin mühafizəsi üzrə layihələr, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sisteminin gücləndirilməsinə və ilkin tibbi-sanitariya yardımının inkişafına yönəlmiş proqramı həyata keçirilir.

O, həmçinin Gəncənin də iştirak etdiyi "Merlər Razılaşması" (Covenant of Mayors) təşəbbüsünü xatırladıb.

"Proqram çərçivəsində Azərbaycan və Aİ ölkələrinin şəhərləri planlaşdırılma, "yaşıl texnologiyalar" və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsi aparırlar", - o bildirib.

İnvestisiya layihələri arasında o, strateji əhəmiyyətə malik olan Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasını xüsusi qeyd edib.

"Bundan əlavə, Aİ Gəncədə enerji səmərəliliyinin artırılmasına və şəhər infrastrukturunun inkişafına yönəlmiş su ehtiyatlarının idarə olunması və küçə işıqlandırılmasının modernləşdirilməsi üzrə layihələri nəzərdən keçirir", - o əlavə edib.

Oxşar xəbərlər

Aİ Naxçıvan dəmir yolunun bərpasını əsas investisiya layihələrindən biri adlandırıb
Qarabağa investisiya qoyuluşu üçün 39 ölkədən müraciətlər daxil olub
Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib
Səfir: Yaponiya Azərbaycanda indiyədək 100 milyon dollarlıq qrant yardım proqramı həyata keçirib
Haluk Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər