Rafiq Aslanov: "Qarabağda su infrastrukturunun bərpası üzrə layihələr hazırlanır"
Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı layihə hazırlanır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Qarabağ suvarma kanalından başqa, bir neçə digər su kanalının inşası və bərpası ilə bağlı da layihələr işlənir.
“Son illərdə ölkə üzrə 3 740 subartezian və artezian quyusu qazılıb”, - deyə R. Aslanov əlavə edib.
O bildirib ki, bu ilin sonuna qədər Qarabağ bölgəsində yerləşən Bərgüşad və digər su anbarlarının tikintisinə başlanacaq: "Hazırda ölkə üzrə su anbarlarında ümumilikdə 18 milyard 760 milyon kubmetr su ehtiyatı toplanıb.
Qarabağ ərazisində yerləşən Sərsəng su anbarı, həmçinin Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş rayonlardakı su anbarlarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb. Bu obyektlərin bir qisminin tikintisinə 2025-ci ilin sonunadək start verilməsi planlaşdırılır".
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün smeta hazırlanıb
Sudan qanunsuz istifadəyə görə cərimələr sərtləşdiriləcək
Xidmət rəisi: Bu il əkin sahələrinin suvarılmasında problem olmayacaq
Azərbaycanda elektron su atlası yaradılacaq
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












