Almaniyalı professor azərbaycanlı mühəndislərlə əməkdaşlığın inkişafı üçün vacib platformanı açıqlayıb
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu alman və azərbaycanlı mühəndislər arasında təcrübə mübadiləsi və əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformadır.
"Sizinxeber.az"un Avropa bürosunun məlumata görə, bunu azərbaycanlı jurnalistlərə Fraunhofer İnstitutunun süni intellekt və maşın öyrənməsi üzrə tədqiqat qrupunun rəhbəri, eləcə də Brandenburq Texniki Universitetinin professoru Konstanse Çope bildirib.
K. Çope Hamburqda Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunun işində iştirak edib.
Onun sözlərinə görə, bu cür tədbirlərdə iştirak beynəlxalq əməkdaşlığın inkişafına kömək edir və mütəxəssislərə biliklərini və qabaqcıl təcrübələrini bölüşməyə imkan verir: "Mən artıq keçən il Kölndə bu forumda iştirak etmək şərəfinə nail olmuşam və azərbaycanlı mühəndislərlə ünsiyyət qurmaq imkanını çox dəyərli hesab edirəm".
K. Çope əlavə edib ki, onun tədqiqat qrupunda ölkənin mühəndislər icması ilə çoxsaylı peşəkar əlaqələr saxlayan azərbaycanlı mütəxəssis işləyir.
Professor həmçinin əminliyini ifadə edib ki, azərbaycanlı mühəndislər əldə etdikləri bilikləri öz ölkələrində uğurla tətbiq edə biləcəklər.
Onun sözlərinə görə, bu texnologiyalar olmadan həmçinin süni intellekt texnologiyalarına əsaslanan "rəqəmsal əkizlər" ("digital twins") kimi alətlərin səmərəli tətbiqi mümkün deyil.
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda professor "Ağıllı şəhər"lərin yaradılmasında və şəhərsalmada Avropa təcrübəsi" mövzusunda panel müzakirəsi çərçivəsində öz komandasının hazırladığı layihələrə dair təqdimatla çıxış edib.
Oxşar xəbərlər
Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək
Altay Rüstəmli: Məqsəd Avropada azərbaycanlı mühəndislərin hazırlığını Azərbaycanın inkişaf prioritetləri ilə əlaqələndirməkdir
Hamburqda azərbaycanlı mühəndislərin III Forumu keçirilir
Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilir
Stefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
