Seymur Həmidov: "Ölkənin özünü təminetmə səviyyəsinin artırılması həyati əhəmiyyət daşıyır"
sizinxeber.az xəbər saytı

Seymur Həmidov: "Ölkənin özünü təminetmə səviyyəsinin artırılması həyati əhəmiyyət daşıyır"


Bugünkü regional müşavirə qarşıya qoyulan vəzifələrin həyati əhəmiyyət kəsb etdiyindən xəbər verir.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ucar rayonunda fəaliyyət göstərən "Aqromarka" MMC-nin rəhbəri Seymur Həmidov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, ölkənin özünü təminetmə səviyyəsinin artırılması, beynəlxalq bazara rəqabətə davamlı, ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixrac edilməsi indiki kəskin iqlim dəyişiklikləri, qlobal təhdidlər fonunda həyati əhəmiyyət kəsb edir: "Ölkənin düyü məhsullarının idxalını asılılığını azaldılmasına, özünü təmin etmə səviyyəsinin artırılmasına, əhalinin ekoloji və təmiz keyfiyyətli düyü və düyü məhsullarına olan tələbatını təmin edilməsinə və kənd təsərrüfatının məşğulluğun artırılmasına daha da nail olmaq, eyni zamanda, rayonda çəltikçiliyin səmərəliliyin inkişafını təmin etmək məqsədilə iyun ayının 5-də rayon Çəltik İstehsalçılarının təsis yığıncağını keçirdik. İlk dəfə olaraq rayon çəltik istehsalçılarının ictimai birliyini yaratdıq və yekdilliklə bu birliyə sədr seçildik. Məqsədimiz rayon çəltikçilərinin fəaliyyətini daha yaxşı koordinasiya etməklə, uğurlu nəticələr əldə etmək üçün səylərimizi birləşdirməkdir".

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Məcnun Məmmədov: "Aqrar ixracı stimullaşdırmaq üçün logistika xərcləri maliyyələşdiriləcək"
Zaur Mikayılov: "Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər