İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib


İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf ABŞ-a və onun müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, yanlış strategiyalar və tələsik qərarlar regionda vəziyyəti daha da ağırlaşdıracaq.

Sizinxeber.az xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Yanlış strategiyalar və düşünülməmiş qərarlar bütün vəziyyəti daha pis istiqamətə dəyişəcək, enerji infrastrukturunu və bazarları sarsıdacaq, sizi illərlə içində qalacağınız sonsuz bir bataqlığa sürükləyəcək”, - deyə o qeyd edib.

İran parlamentinin sədri əlavə edib ki, belə addımların nəticəsində beynəlxalq ictimaiyyət fərqli bir İranla qarşılaşacaq.

“Siz fərqli bir İran görəcəksiniz”, - deyə Qalibaf vurğulayıb.

Oxşar xəbərlər

Qalibaf: İmpulsiv qərarlar sonsuz bir bataqlıq yaradacaq
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
Qalibaf: ABŞ-ın təhdidləri fonunda danışıqlar qəbuledilməzdir
İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər