SWIFT: Bank müştərilərinin 20 %-i beynəlxalq ödənişlərin izlənilməsindən razıdır
Beynəlxalq ödənişlərin izlənilə bilməsi bank müştərilərinin əsas narazılıq səbəblərindən biri olaraq qalır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society for Worldwide Interbank Financial Telecommunication - SWIFT) MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, hər 10 bank müştərisindən yalnız 2-si bankların təqdim etdiyi beynəlxalq ödəniş izləmə imkanlarından razıdır.
"Müştərilər ödənişlərin hansı mərhələdə olduğunu real vaxt rejimində görmək istəyirlər. Bu məqsədlə SWIFT GPI xidməti hazırlanıb və ödənişlərin tam izlənilməsinə imkan yaradır. Təşkilat bu xidməti artıq yalnız bankların daxili sistemləri üçün deyil, həm də müştərilərin istifadə etdiyi rəqəmsal kanallara inteqrasiya edir", - deyə SWIFT rəsmisi qeyd edib.
O, əlavə edib ki, beynəlxalq ödənişlər üzrə komissiyaların və əlavə xərclərin qeyri-şəffaf olması müştərilərin əsas problemlərindən biri olaraq qalır: "Beynəlxalq araşdırmalara görə, bank müştərilərinin yalnız üçdə biri beynəlxalq ödənişlər zamanı tətbiq olunan komissiyalar və ödənişlər barədə məlumatlandırılma səviyyəsindən razıdır. Gələcəkdə müştərilər ödənişi təsdiqləməzdən əvvəl bütün xərcləri görə bilməlidirlər. İdeal modeldə ödənişə aid bütün komissiyalar və xərclər əməliyyat başlamazdan əvvəl istifadəçiyə göstərilməlidir".
Oxşar xəbərlər
İran SWIFT sistemini ACUMER-lə əvəzləyib
Suriyanın tezliklə SWIFT-ə qoşulması gözlənilir
ABB korporativ müştərilər üçün xidmət təqdim edib
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
Azərbaycandakı elektron pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulmağa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
