Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb
Rusiya lideri ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarını düzgün adlandırıb və regionda sülhə ümid etdiyini bildirib.
"Sizinxeber.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.
O, həmçinin qeyd edib ki, Moskva Buşehr nüvə elektrik stansiyasındakı vəziyyətlə bağlı da daxil olmaqla, Vaşinqton, Tehran və Təl-Əvivlə əlaqə saxlayır:
"Hər kəs bizə stansiyanın yaxınlığında təsadüfən raket düşmələrinin baş verdiyinə zəmanət verir. Hər kəs bizə bunun qəza olduğunu və bir daha təkrarlanmayacağına zəmanət verir. Bizi aldatdıqlarına inanmaq üçün heç bir səbəbim yoxdur. Vəziyyət sakitləşdikdən sonra Rusiya ölkədə nüvə obyektlərinin tikintisini davam etdirəcək. Lakin, İranın dinc nüvə layihələrinə qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarının aradan qaldırılması da burada rol oynaya bilər", - deyə o qeyd edib.
Müharibənin səbəblərindən danışan Putin bildirib ki, ABŞ-la münaqişədə İran tərəfindən heç bir təxribat görmür:
"Hesab edirəm ki, biz o vaxt razılığa gəldik, İranın nüvə proqramı ilə bağlı müvafiq razılaşmanı qəbul etdik və hər şey Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA)nəzarəti altında idi. Lakin təəssüf ki, o zaman vəziyyət fərqli şəkildə, fərqli bir çərçivədə inkişaf etdi".
Rusiya lideri qeyd edib ki, Moskvanın Tehranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə heç bir məlumatı yoxdur:
"İsrailin narahatlıqları hamıya məlumdur; onlar İranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə fikirlərindən irəli gəlir. Tehran dəfələrlə, həm əvvəllər, həm də hazırda bu cür silahlar əldə etmək planlarının olmadığını bildirib. Bu vəziyyətdə əsas problem qarşılıqlı etimadın olmamasıdır".
Oxşar xəbərlər
Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES-də işləri davam etdiririk
Putin: Rusiya İran-İsrail münaqişəsində vasitəçi olmağa can atmır
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
Putin: Rusiyanın İrandan zənginləşdirilmiş uranın çıxarılması təklifi masa üzərindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
