Hesablama Palatası gömrük daxilolmalarına dair proqnozun hər il artırılmasının əleyhinədir
sizinxeber.az xəbər saytı

Hesablama Palatası gömrük daxilolmalarına dair proqnozun hər il artırılmasının əleyhinədir


Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin əhatəsinin optimallaşdırılması şəraitində gömrük orqanları xətti ilə büdcə gəlirlərinin yığımı proqnozunun illər üzrə artan yekunla müəyyənləşdirilməsi təcrübəsinə yenidən baxılmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

"Yəni, idxal yığımlarının timsalında fiskal yükü ölkəmizin gömrük sərhədlərində optimallaşdırmaqla vergi intizamına əməl edən rezidentlərimizin iqtisadi aktivliyinin daha da təşviqinə üstünlük verməliyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, idxalda ƏDV və gömrük rüsumları üzrə proqnoz göstəricilərin hesablanmasında milli iqtisadiyyatımızın əsas hədəfləri - yerli istehsalın və ölkədaxili iqtisadi aktivliyin stimullaşdırılması üçün güzəştlərin və azadolmaların genişləndirilməsi kimi konseptual yanaşmalar diqqət mərkəzində saxlanılmalıdır: "2025-ci ilin gömrük orqanları xətti ilə büdcə gəlirlərinin icrası, o cümlədən, ƏDV üzrə 5,4 %-lik, idxal gömrük rüsumları üzrə 3,7 %-lik kəsirlər səsləndirdiyim təklifə baxılma zərurətini bir daha göstərir".

Oxşar xəbərlər

Hesablama Palatası: "Büdcə sistemi haqqında" qanuna yenidən baxılmalıdır
Vüqar Gülməmmədov müdafiə olunan xərclərlə bağlı tövsiyyələr verib
Vüqar Gülməmmədov: "Büdcə vəsaitindən daha rasional istifadə edilməlidir"
Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
Vüqar Gülməmmədov: "Büdcədə gəlirlər hər il proqnozu üstələyir, xərclər proqnozdan az icra edilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər