Mənbə: Mbappe zədə səbəbindən Fransa millisinin məşqini tərk edib
sizinxeber.az xəbər saytı

Mənbə: Mbappe zədə səbəbindən Fransa millisinin məşqini tərk edib


Fransanın futbol üzrə millisinin kapitanı, Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe milli komanda ilə məşqini vaxtından əvvəl başa vurub və meydanı tək tərk edib.

"Report"un məlumatına görə, bu barədə nüfuzlu insayder Miki Junior özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Mənbənin məlumatına görə, Mbappe zədə səbəbindən məşq sessiyasını tamamlaya bilməyib. Təfərrüatlar açıqlanmır, lakin iyunun 8-də Fransa millisini 2026-cı il dünya çempionatından əvvəl Şimali İrlandiya ilə son yoldaşlıq oyunu gözləyir və bu görüşdə fransalı futbolçuya istirahət verilə bilər.

Fransa millisi qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq. Fransa komandası turnirdəki ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.

Oxşar xəbərlər

Mbappe "Real"ın növbəti oyununda meydana çıxa bilməyəcək
Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
Fransa klubunun Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib
Mbappe PSJ ilə bağlı Fransa Peşəkar Futbol Liqasının intizam komitəsinə şikayət edib
Kilian Mbappe tarixi rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər