Nazir müavini: Azərbaycanda əlavə 150 min tonluq taxıl siloları yaradılacaq
Azərbaycanda taxılın saxlanması infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə 150 min tonluq taxıl silolarının yaradılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40%-nə güzəşt, 40-50%-nə isə kredit faiz subsidiyası tətbiq ediləcək.
İ.Qədimova bildirib ki, istehsalın artırılması ilə yanaşı, məhsulun düzgün saxlanması və bazara çıxarılması da vacib məsələlərdən biridir. Onun sözlərinə görə, saxlama imkanlarının məhdud olması fermerləri məhsulu dərhal və çox vaxt daha aşağı qiymətə satmağa məcbur edir ki, bu da onların gəlirlərinə mənfi təsir göstərir.
Nazirlik rəsmisi qeyd edib ki, taxıl silolarının yaradılması məhsul itkilərinin azaldılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Zaur Əliyev: Aqrar və qida məhsulları ixracının 2030-cu ilədək 2 mlrd. dollara çatdırılması hədəflənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
