ADY: Bu il dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
12:30
0
0
1 084
ff aaaaaaa

ADY: Bu il dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

09 in, 2026
12:30
1 084

ADY: Bu il dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu il "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Sizinxeber.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Bildirilib ki, dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir: "ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir".

ADY bildirir ki, bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır: "Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul