Toral Bayramovun agenti: "Bursaspor"a transferlə bağlı bəzi şeyləri demək olmur"
sizinxeber.az xəbər saytı

Toral Bayramovun agenti: "Bursaspor"a transferlə bağlı bəzi şeyləri demək olmur"


Azərbaycan millisinin futbolçusu Toral Bayramovun pula görə klubunu dəyişdiyini düşünənlər var.

Bu barədə "Report"a açıqlamasında 25 yaşlı cinah oyunçusunun agenti Tural Əsgərov bildirib.

O, Azərbaycan millisinin üzvünün "Qarabağ"dan "Bursaspor"a keçidi ilə bağlı danışıb:

"Toral Bayramov bu transferə görə tənqid olunur. Hamının öz fikir var və buna hörmətlə yanaşırıq. Önəmli olan odur ki, bizim bildiyimiz bir çox məqamlar bu transferə kənardan baxanlardan daha çoxdur. Ümid edirəm ki, nə demək istədiyimi başa düşürsünüz. Bəziləri deyir ki, pula görə klubunu dəyişdi. Hərənin bir fikri var və bütün bunlar ehtimallar üzərində qurulub. Bəzi şeylər var ki, onları demək olmur. Bunları açıqlamaq fikrimiz də yoxdur. Ola bilər ki, nə vaxtsa açıqlansın".

T.Əsgərov keçidin çox gündəmdə qalmadığını sözlərinə əlavə edib:

"Qarabağ"a rəsmi təklif olandan sonra iki həftəyə yaxın danışıqlar getdi və yekunda razılıq əldə olundu. Ümumiyyətlə, transferə qiymət vermək üçün tam məlumata sahib olmaq lazımdır. Fikir irəli sürənlərin çoxu bu bilgilərə sahib deyillər. Bizə ancaq bunlara hörmətlə yanaşmaq qalır. Başqa maraqlananlar olub? Artıq qərar verilib, transfer baş tutub. Sadəcə, Toral Bayramovun "Bursaspor"da uğurlu olacağına ümid etmək qalır. Kluba tez uyğunlaşmaq ehtimalı barədə danışmaq çətindir. II Liqadan I Liqaya yüksəliblər. Yeni heyət formalaşdırırlar. Ciddi dəyişikliklər gözlənilir. Bunların hamısı komandaya təsir edəcək".

Xatırladaq ki, Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Bursaspor"a keçib
Futbol agenti: "Juninyonun transferi ilə bağlı "Qarabağ"la "Sevilya" arasında razılıq əldə olunub"
 "Qarabağ"ın futbolçusunun qolu həftənin ən yaxşısı seçilib
Azərbaycan millisinin futbolçusu Rusiyada klubunu dəyişib
"Qarabağ"ın futbolçusu: "Ayın qolu" layihəsinin qalibi olmaq mənə əlavə güc və motivasiya verəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər