İran İsraili daha güclü zərbələrlə hədələyib
sizinxeber.az xəbər saytı

İran İsraili daha güclü zərbələrlə hədələyib


İran İsraili Livanın cənubuna hücumları dayandırmağa çağırıb və əks halda daha güclü və dağıdıcı zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi bəyanat verib.

O bildirib ki, İsrail ordusu Livanın cənubuna və Dahiya bölgəsinə hücumları dayandırmalıdır.

“Əgər İsrail bu regiona qarşı hücumlarının coğrafiyasını genişləndirərsə və ya İranın hərəkətlərinə cavab verərsə, daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək. Eyni zamanda onun tərəfdarlarına qarşı da dağıdıcı hücumlar başlayacaq”, – deyə Abdullahi bildirib.

Oxşar xəbərlər

İran İsrailin şimalında yaşayanlara xəbərdarlıq edib
Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
"Xatəm əl-Ənbiya": İran özünümüdafiədən hücuma keçib
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır
Tramp: İran hücum edərsə, ABŞ İsraili müdafiə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər