Aqrar sahə üzrə Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2, özəl sektordan isə 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

Aqrar sahə üzrə Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2, özəl sektordan isə 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur


“Dövlət Proqramının icrasında cənab Prezidentin özəl sektorun rolunu xüsusi vurğulaması bir daha onu göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Xalid Əhədov bildirib ki, qarşıdakı dövrdə özəl sektor, sadəcə, istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir.

“Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər qatır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsi qırıldıqda, istehsalda əldə edilən nəticə iqtisadi dəyərə tam çevrilə bilmir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Oxşar xəbərlər

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir - FOTO
Xalid Əhədov: İcra başçıları, sahibkarlar və iri fermerlər Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidir
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər