Fillipinin yeni səfiri: Azərbaycanın Asiyaya yönəlmiş siyasəti təqdirlayiqdir
Azərbaycanın Asiyaya yönəlmiş siyasəti təqdirlayiqdir.
Bunu "Sizinxeber.az"un yerli bürosuna Filippinin Türkiyə, Azərbaycan, Gürcüstan üzrə yeni təyin olunmuş səfiri Jaime Ramon T. Ascalon bildirib.
Azərbaycan-Filippin əməkdaşlığından bəhs edən səfir rəsmi Bakının Asiya siyasətini izlədiyini qeyd edərək vurğulayıb ki, hazırda xarici tərəfdaşlıqların şaxələndirilməsi vacib prioritetdir:
"Bunun da əsas səbəblərindən biri iqtisadi zərurətlər və yeni bazarların axtarışıdır".
Azərbaycanın müxtəlif sənaye sahələrinin olduğunu vurğulayan səfir deyib ki, ölkələrin təchizat zəncirlərini şaxələndirməsi vacib amildir:
"Bildiyim qədər, hazırda yaxın regiona, Türkiyədə enerji sektoruna böyük investisiyalar yatırılır. Lakin diqqət daha çox yaxın qonşulara yönəlsə də, son böhranların bizə öyrətdiyi əsas məsələ ondan ibarətdir ki, təchizat zəncirlərini şaxələndirmək lazımdır. Azərbaycanın da bu baxımdan Asiya siyasəti balanslıdır".
Azərbaycanın enerji sahəsində malik olduğu bəzi texnologiyalar və təcrübələrin Filippin üçün də faydalı olacağını qeyd edən səfir bildirib ki, bu istiqamətdə əsas məsələ əlaqələrin qurulmasıdır:
"Biz Azərbaycanın nə təklif etdiyini öyrənmək və Filippinlə qarşılıqlı faydalı əməkdaşlıq sahələrini müəyyənləşdirməyi hədəfləyirik. Enerji sektoru Azərbaycanın ən güclü istiqamətlərindən biridir", - deyə diplomat vurğulayıb.
Bundan başqa diplomat iki ölkə arasında hazırda ticarət əlaqələrinin çox məhdud olduğunu bildirib:
"Hazırda ticarət əlaqələri çox məhduddur. Məsafənin yaratdığı çətinliklərə baxmayaraq, ticarətin artırılması imkanlarını araşdırmalıyıq".
Oxşar xəbərlər
Filippin səfiri: Azərbaycan Asiya regionunda uğurlu siyasət yürüdür
Azərbaycanın Almaniyadakı səfiri türkiyəli həmkarı ilə görüşüb
ADB Yaxın Şərqdəki münaqişənin Qafqaz və Mərkəzi Asiyaya yaratdığı risklər barədə xəbərdarlıq edib
Səfir: Azərbaycanla Filippin arasında viza rejiminin sadələşdirilməsinə çalışırıq
Filippin səfiri: Azərbaycan qlobal miqyasda və regionda mühüm rol oynayır - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
