Səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması müzakirə olunub
Azərbaycanda səhiyyənin inkişafı istiqamətində görülən işlər, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və sistemin inkişaf prioritetləri müzakirə olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə TƏBİB-in icraçı direktoru Anar Bayramovun TƏBİB kollektivi ilə görüşündə fikir mübadiləsi aparılıb.
Peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edən icraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təsis etdiyi bu əlamətdar gün artıq 25 ildir ki, səhiyyə işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir. O, səhiyyə işçilərinə göstərdikləri xidmətə görə təşəkkür edib, onların vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxış zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri xüsusi diqqət və qayğının ölkədə səhiyyə sisteminin inkişafı, müasir tibb infrastrukturunun formalaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, həyata keçirilən ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib.
Görüş iştirakçıları arasında Prezident İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş tibb işçiləri də olub. A. Bayramov onları səhiyyə sahəsində xidmətlərinə görə dövlət təltiflərinə layiq görülmələri münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tibb işçiləri göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bundan sonra da ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində səylərini davam etdirəcəklərini qeyd ediblər.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırılıb
Teletibb xidmətinin işçi qrupunun ilk iclası keçirilib
Səhiyyə naziri: Yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir
Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi ilə görüşüb
Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
