ICIEC baş direktoru: "İnvestisiyaların bölgüsü yaxşılaşmadan dayanıqlı inkişaf mümkün deyil"
Müasir dövrdə birbaşa xarici investisiyaların dəyəri təkcə cəlb olunan kapitalın həcmi ilə deyil, onların iqtisadiyyatların struktur transformasiyasına, dayanıqlılığın möhkəmlənməsinə və inklüziv inkişafın təmin edilməsinə verdiyi töhfə ilə ölçülür.
"Report" xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, daha keyfiyyətli birbaşa xarici investisiyalar məhsuldarlığı artıran, iqtisadiyyatların məhdud əmtəə asılılığından uzaqlaşaraq şaxələndirilməsini dəstəkləyən və şirkətlərin milli, regional və qlobal istehsal şəbəkələrinə inteqrasiyasını təmin edən investisiyalardır.
"Bu, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə və milli inkişaf prioritetlərinə uyğun gələn investisiyaları əhatə edir. Başqa sözlə, qarşımızda duran vəzifə sadəcə kapital axınlarını artırmaq deyil, onların bölgüsünü elə təkmilləşdirməkdir ki, uzunmüddətli sosial və iqtisadi nəticələr əldə olunsun", – o qeyd edib.
X.Xalafalla vurğulayıb ki, İslam İnkişaf Bankı Qrupuna üzv ölkələr üçün daha böyük iqtisadi miqyas və rəqabət üstünlüyü əldə etməyin əsas yollarından biri regional inteqrasiyanın dərinləşdirilməsidir.
"Siyasətlərimizi uyğunlaşdırmaqla, investisiya gündəliyimizi əlaqələndirməklə və güclü regional dəyər zəncirlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərməklə iqtisadiyyatlarımızın yeni qlobal reallıqların kənarında qalmasının qarşısını ala bilərik. Əksinə, bu yeni iqtisadi konfiqurasiyada özümüzü etibarlı və dayanıqlı tərəfdaşlar kimi mövqeləndirə bilərik", - deyə o bildirib.
ICIEC baş direktorunn sözlərinə görə, investisiya təşviqi agentliklərinin rolu da son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər bu qurumlar əsasən marketinq funksiyası yerinə yetirirdisə, indi onlar dövlət siyasəti, özəl investisiya və sənaye dəyər zəncirlərinin kəsişməsində fəaliyyət göstərən strateji institutlara çevrilirlər.
"Bu genişlənmiş mandat investisiya təşviqi agentliklərindən investisiya davranışlarını və ayrı-ayrı sektorların dinamikasını dərindən anlamağı tələb edir. Məhz bu biliklər hesabına onlar konkret layihələrin və tərəfdaşlıqların formalaşmasına töhfə verə bilərlər", - X.Xalafalla qeyd edib.
O əlavə edib ki, müasir investisiya təşviqi agentlikləri məlumat bazalarının genişləndirilməsinə, sektor araşdırmalarına və rəqəmsal alətlərə daha çox sərmayə yatırırlar.
"Bu qurumlar ümumi təşviq fəaliyyətindən hədəflənmiş sektor strategiyalarına, ayrı-ayrı layihələrin dəstəklənməsindən institusionallaşdırılmış post-investisiya xidmətlərinə və reaktiv problemlərin həllindən proaktiv ekosistem inkişafına keçid edirlər", – deyə o vurğulayıb.
X.Xalafalla hesab edir ki, investisiya mühitində mövcud olan bir sıra çağırışlar ayrı-ayrı agentliklərin imkanlarını aşır və kollektiv yanaşma tələb edir.
"İnformasiya asimmetriyası, tənzimləyici və dayanıqlılıq standartlarının mürəkkəbləşməsi, eləcə də investisiya imkanlarının getdikcə daha çox transsərhəd xarakter alması bu sahədə birgə həllərin vacibliyini artırır", - deyə o fikrini tamamlayıb.
Oxşar xəbərlər
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
ICIEC indiyə qədər Azərbaycanda 164 milyon dollarlıq biznes sığortası əməliyyatları həyata keçirib
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
ICIEC SOCAR-ın ixracı genişləndirməsinə və enerji layihələrinə dəstək verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
