Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yeni regional düzənin formalaşdırılmasına hesablanıb - RƏY
sizinxeber.az xəbər saytı

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yeni regional düzənin formalaşdırılmasına hesablanıb - RƏY


Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq göstərir ki, region artıq əməkdaşlıq gündəminə keçid mərhələsinə daxil olub.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi qarşıdurmadan sonra əldə etdiyi nəticələri siyasi və diplomatik platformaya daşıyaraq uzunmüddətli sabitliyin təmin olunmasını prioritet kimi təqdim edir:

"Bu yanaşma təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası baxımından da əhəmiyyət daşıyır. Bu gün sülh gündəliyinin əsas mahiyyəti sərhədlərin tanınması, ərazi bütövlüyünə qarşılıqlı hörmət və regionda yeni əməkdaşlıq mexanizmlərinin yaradılması üzərində qurulur".

Siyasi şərhçi bəyan edib ki, davamlı sülh hüquqi və institusional mexanizmlərlə möhkəmləndirilməlidir.

"Cənubi Qafqaz enerji, logistika və ticarət baxımından strateji əhəmiyyətə malik regiondur. Orta Dəhliz, enerji marşrutları və yeni nəqliyyat bağlantıları region dövlətləri arasında əməkdaşlığın iqtisadi əsaslarını gücləndirir. Tərəflər arasında etimadın artırılması, kommunikasiya kanallarının açıq saxlanılması və regional problemlərin region ölkələri tərəfindən həll olunması prinsipi xüsusi əhəmiyyət kəsb edir".

Ü.Zülfiqar bildirib ki, hazırkı mərhələdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyi təkcə münaqişənin nəticələrinin aradan qaldırılmasına deyil, həm də yeni regional düzənin formalaşdırılmasına hesablanıb.

"Bu modeldə əsas məqsəd qarşılıqlı fayda prinsipi əsasında əməkdaşlıq mühiti yaratmaqdır. Regionun gələcək inkişafı sülh sazişinin tamamlanması, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Mövcud geosiyasi şərait göstərir ki, sülh artıq alternativ deyil, regionun inkişafı və beynəlxalq əhəmiyyətinin artması üçün zəruri şərtə çevrilib", - o deyib.

Oxşar xəbərlər

Azərbaycanın sülh təşəbbüslərinə qarşı siyasi təzyiq cəhdləri müşahidə olunur - RƏY
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
Cənubi Qafqazda yeni dövr: Bakı və Tbilisi regionun gələcəyini cızır - ŞƏRH
Mətin Məmmədli: Keçmiş münaqişə narrativlərinə qayıtmaq sülh prosesinə təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər