Qəbələ və Salyanda torpaqların konsolidasiyası üçün kəndlər müəyyənləşib
Dövlət Proqramı çərçivəsində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üçün kəndlər müəyyənləşib.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
"Ümumilikdə 20 min hektar ərazidə biz konsolidasiya həyata keçirməyə çalışacağıq. Təbii ki, ilk öncə müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır. Ardınca parsellərin birləşdirilməsi həyata keçiriləcək. Bu kadastr xəritələrinin yenilənməsinə gətirib çıxaracaq. Eyni zamanda həmin ərazidə biz su resurslarından istifadənin effektiv idarə olunması ilə bağlı yeni pilot model həyata keçirməyi düşünürük. Uğurlu olarsa, ölkənin digər regionlarında da bunun tətbiqini genişləndirməyi planlaşdırırıq".
R.Hüseynov əlavə edib ki, növbəti fundamental tədbir intensiv bağların genişləndirilməsidir: "Bunu indiki 50 min hektardan təxminən 70 min hektara qaldırmağı hədəfləyirik. Ölkənin əsas ixrac məhsulları meyvəçiliklə bağlıdır. Düşünürük ki, proqramın bizə verdiyi ən önəmli töhfələrdən biri olacaq. Burda da intensiv bağların salınmasına görə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. İntensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Paralel olaraq, bir növ yeni mexanizm kimi meyvə emalına xidmət edən məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Və həmçinin meyvəçilikdə beynəlxalq sertifikatlaşmanı həyata keçirməyi düşünürük ki, bu da bir bazardan asılılığı azaldacaq, daha çox məhsul ixracında diversifikasiyaya nail olmağa dəstək olacaq".
"Növbəti istiqamətlərimiz istixana sahələrinin inkişafı və genişləndirilməsidir. Burada 500 hektar istixana sahəsinin artırılması hədəflənir. Bu istiqamətdə artıq ilkin addımlarımız var. Belə ki, Şərqi Zəngəzurda pilot istixana aqroparkının yaradılması ilə bağlı prosesə başlamışıq. Təxmini 122 hektarda Cəbrayıl rayonunda bu pilot aqropark yaradılacaq. Paralel olaraq da xarici və daxili kommunikasiya sistemlərinə və drenaj sistemlərinin qurulmasına dəstək veriləcək, mövcud istixanaların modernləşdirilməsi dəstəklənəcə. Eyni zamanda investisiyaların cəlbi üçün investisiya təşviqi sənədinin və sair tənzimləmə sənədlərinin də yenilənməsini istiqamətində işlər görəcəyik", - deyə direktor əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda 480 min hektar örüş və otlaq sahəsi bərpa edilə bilər
Azərbaycanda soyuducu anbarların tutumu ilə bağlı hədəflər açıqlanıb
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
