BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni raket və PUA hücumlarını pisləyib
sizinxeber.az xəbər saytı

BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni raket və PUA hücumlarını pisləyib


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyn, Küveyt və İordaniyaya raket hücumlarını və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Bu barədə "Report" BƏƏ-nin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi bəyanatına istinadən xəbər verir.

XİN-in bəyanatında deyilir ki, bu, "üç qardaş dövlətin suverenliyinin kobud şəkildə pozulmasıdır və onların təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid yaradır.

BƏƏ zərər çəkmiş ölkələrlə tam həmrəyliyini bildirib və onların öz maraqlarının müdafiəsi üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda Əbu-Dabi regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə dəyişməz sadiqliyini bir daha təsdiqləyir.

Oxşar xəbərlər

Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
Doha İranın hücumları fonunda Bakı və Yaxın Şərq ölkələri ilə həmrəyliyini ifadə edib
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
BƏƏ İsrailin İranın nüvə obyektlərinə hücumunu pisləyib
Qətər XİN İranın Ras-Laffandakı sənaye mərkəzinə endirdiyi zərbələri pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər