Ayxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2026
01:00
0
0
1 179
ff aaaaaaa

Ayxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik"

06 in, 2026
01:00
1 179

Ayxan Abbasov: "Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik"

Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Maltaya ilə yoldaşlıq görüşü yüksək tempdə keçib.

"Sizinxeber.az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında deyib:

Mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçda çoxlu qol epizod yaratdıqlarını vurğulayıb.

"Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim. Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik".

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul