Bakı Metropoliteni yay qrafikinə keçir
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan Bakı Metropoliteni qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.
Metropolitendən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.
“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək.
Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.
Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq.
Oxşar xəbərlər
Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
