Azərbaycanda soyuducu anbarların tutumu ilə bağlı hədəflər açıqlanıb
Azərbaycanda soyuducu anbarların tutumunun 500 min tona çatdırılması hədəflənir.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda soyuducu anbarların da genişləndirilməsi hədəflənir: "Bununla bağlı göstəricilərin mövcud 400 min tondan 500 min tona çatdırılması hədəflənir. Dəstək mexanizmlərinə bu anbarlıqların alınmasına güzəşt və eyni zamanda, kreditlər, güzəştli kreditlərin ayrılması mexanizmi daxildir".
O qeyd edib ki, digər istiqamət şərabçılıqla bağlıdır: "Azərbaycanda şərabçılıq təsərrüfatlarının sayının 20-yə qaldırılması hədəflənir. Burada da həssas bizim mexanizmlər nədən ibarət olacaq? Avadanlıq subsidiyası nəzərdə tutulur, paralel olaraq da texniki sort üzümün bağlarının salınmasını dəstəklənməsi, bir növ əlavə bir bağçılıq subsidiya mexanizmi nəzərdə tutulur".
Oxşar xəbərlər
Prezident: Soyuducu anbarların tutumu 500 min ton olmalıdır
Prezident: Soyuducu anbarların tutumu 500 min ton olmalıdır
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
Azərbaycanda intensiv bağçılıq və istixana ilə bağlı əsas prioritetlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
