Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
sizinxeber.az xəbər saytı

Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir


Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh razılaşması təkcə bu iki ölkənin gələcəyi üçün deyil, ümumilikdə Cənubi Qafqaz və Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır.

Bunu “Sizinxeber.az”a gürcü siyasi şərhçi, Gürcüstanın 2004-2006-cı illərdə münaqişələrin həlli üzrə naziri Giorgi Xaindrava deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında illərdir davam edən strateji tərəfdaşlığı model kimi bütün bölgəyə nümunə ola bilər:

“Bizim müstəqillik əldə etdiyimiz vaxtdan bu günədək bir-birimizə qarşılıqlı dəstəyimiz göz qabağındadır. Bu, Qafqaz üçün ən uğurlu əməkdaşlıq nümunəsidir. Azərbaycanın regionda oynadığı rol olduqca vacibdir. Sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Asiya ilə Avropanı birləşdirən mühüm arteriya üzərində yerləşən Cənubi Qafqaz üçün taleyüklü məsələdir.”

O bəyan edib ki, İlham Əliyevin uzatdığı əl – sülh əli kimi qəbul edilməlidir.

Ekspert Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə nümayiş etdirdiyi konstruktiv mövqeni yüksək qiymətləndirib:

“O, nə istədiyini bilir və məqsədinə necə nail olacağını da. Onun uzatdığı əl – bu, əslində bütün bölgəyə uzadılmış sülh əlidir. Bu jest çox önəmlidir”.

Oxşar xəbərlər

Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Gürcü vitse-spiker: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Gürcü ekspert: Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpası region üçün tarixi hadisə idi
Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər