Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə subsidiya veriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə subsidiya veriləcək


Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur.

APA xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunan dinləmədə bildirib.

"Bu addım damazlıq işinin təşviqi və yerli istehsalın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədi daşıyır", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
Cəbrayılda fəaliyyət göstərəcək fabrik ildə 24 mln. damazlıq yumurta istehsal edəcək
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər