Adil Kərimli: Kitabxana sistemində peşəkarlığı sual altında olan şəxslər də fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

Adil Kərimli: Kitabxana sistemində peşəkarlığı sual altında olan şəxslər də fəaliyyət göstərir


Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur.

"Sizinxeber.az" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın kitabxana sistemi ilə bağlı fikirlərinə cavab olaraq Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bununla bərabər, çox peşəkar kitabxanaçılar, bu sahəyə fədai kimi bağlı olan insanlar da var.

"Biz onları çox yüksək qiymətləndiririk. Elə ucqar rayonlarda, elə şəraitdə işləyən kitabxanaçılarımız var ki, biz onları görəndə həqiqətən də özümüz qürur duyuruq ki, belə insanlar var və kitaba olan sevgini, bu sahədə xidmət göstərmək eşqi ilə yaşayıb və davam edirlər".

Nazir deyib ki, kitabxana sahəsində də yalnız ali təhsilli şəxslərin bu prosesə cəlb olunması ana hədəflərdən biridir.

"Onların eyni zamanda yaxşı iş şəraiti ilə təmin edilməsi də əsas vacib məsələlərdən biridir. Çünki infrastrukturun zəifliyi və ya ümumiyyətlə heç bir standarta uyğun olmaması ciddi problemdir".

YENİLƏNİR

Oxşar xəbərlər

Adil Kərimli: Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir
Nazir müavini: Kitabxanaların 80 %-nin internetə çıxışı yoxdur - ƏLAVƏ OLUNUB
Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
Regionlardakı kitabxana, muzey və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək
Adil Kərimli: Bu il 1 996 incəsənət müəllimi attestasiyadan keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər