Mətin Məmmədli: Keçmiş münaqişə narrativlərinə qayıtmaq sülh prosesinə təhdiddir
Keçmiş münaqişə narrativlərinə qayıtmaq sülh prosesinə təhdiddir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə, eyni zamanda dövlətlərin suverenliyinə əsaslanır:
"Azərbaycan xalqı və cəmiyyəti sülhə hazırdır. Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb. Sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bu sülh gündəliyinin və bütövlükdə yeni geosiyasi reallıqların qəbul edilməsi asan başa gəlməyib. Bu, ilk növbədə, Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə həyata keçirdiyi düşünülmüş xarici siyasət və diplomatiya nəticəsində əldə olunub".
Ekspert həmçinin bildirib ki, sülh olmadan regionda dayanıqlı inkişafdan, təhlükəsizlikdən danışmaq mümkün deyil:
"Hesab edirəm ki, keçmiş münaqişənin narrativlərini yenidən müzakirəyə çıxarmaq, onlara qayıtmaq sülh prosesinə ciddi təhdid yarada bilər. Azərbaycanın sülh gündəliyi də məhz regionda, ilk növbədə, dayanıqlı sülhə nail olmaqdır. Bununla həm regional inteqrasiya, həm də iqtisadi əməkdaşlığa nail ola bilərik".
Oxşar xəbərlər
Qaya Məmmədov: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır
Mətin Məmmədli: Ermənistanda səsləndirilən ziddiyyətli ritorika Bakı ilə İrəvan arasında etimadı sarsıdır
Fərid Şəfiyev: Azərbaycanın milli maraqları bütün regiona töhfə verir
İlham Əliyev: Ümid edirik ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
-
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
