Daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub
sizinxeber.az xəbər saytı

Daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.

Oxşar xəbərlər

Bu il özünüməşğulluq proqramı üzrə 950-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Son bir həftədə 800-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər