Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub


Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, görüşdə F.Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.

Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Səfir ölkəsinin turizm naziri və Ümumdünya Turizm Təşkilatının Baş katibi adından Azərbaycan rəsmisini bu il 7-11 noyabrda Ər-Riyadda keçiriləcək Ümumdünya Turizm Təşkilatının Ümumi iclasına dəvət edib.

Oxşar xəbərlər

TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
Ukraynanın Bakıdakı səfiri və DTA rəhbəri turizm sahəsində əməkdaşlığı müzakirə ediblər
Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir
Azərbaycanda qış turizm mövsümünə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər