Azərbaycan və Səudiyyə Ərəbistanı hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib 
sizinxeber.az xəbər saytı

Azərbaycan və Səudiyyə Ərəbistanı hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib 


Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib.

"Sizinxeber.az" bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən xəbər verir.

Müzakirələr AZAL-ın prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanı Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüşdə aparılıb.

Görüş zamanı sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib.

Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.

Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava nəqliyyatı əlaqələri müzakirə edilib
AZAL Bakı–Kişineu–Bakı reyslərini gündəlik edəcək
Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle