Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hökumətlərarası birgə komissiyanın növbəti - 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu n Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
“Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Biz müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini (Qarabağ məsələsi ilə bağlı – red.) daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edirik”, - o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı liderlərinin səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir.
“Bundan başqa, Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının fəaliyyəti bu əməkdaşlığın bütün sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və s. sahələrdə dərinləşməsinə töhfə verir. Komissiyanın növbəti, 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək”, - Şərifov söyləyib.
Oxşar xəbərlər
Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı kralı: İranla münasibətləri inkişaf etdirməyə ümidvarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












