Sahil Babayev: "4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
22:30
0
0
1 127
ff aaaaaaa

Sahil Babayev: "4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub"

26 may, 2026
22:30
1 127

Sahil Babayev: "4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub"

Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti təxminən 91,5 ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.

"Dövlət büdcəsində neftin orta çəkili qiyməti 65 ABŞ dolları müəyyən edilib. Orta satış qiymətini 91,5 ABŞ dollar olması Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Eynilə qazın qiymətləri də büdcədə nəzərdə tutulmuş rəqəmlərə nisbətən yüksəkdir. Bu da büdcə gəlirlərinə müsbət təsir göstərir. Yəni bizim gəlirlərimiz artır və bu rəqəmlərin müsbət təsirləri, əlbəttə, imkan verəcək ki, biz büdcə gəlirlərini daha optimal idarə edək", - deyə o qeyd edib.

Bundan başqa, nazir xatırladıb ki, istənilən dövlət büdcəsi kəsirlə tərtib olunur: "O kəsirin maliyyələşdirilməsi üçün də həmin il üzrə borclanma nəzərdə tutulur ki, həmin kəsir borclanma vasitəsilə təmin olunsun. Bizim əlavə gəlirlərimiz imkan verəcək ki, cari il ərzində əlavə borclanmanı minimallaşdıraq. O gəlirlər məhz həmin kəsirin örtülməsində istifadə olunsun. Ona görə də bu, bizim müsbət seqmentimizdir. Paralel olaraq, neft gəlirlərinin böyük hissəsi də məhz Neft Fondunun ehtiyatlarının artımına gedəcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul