Antonio Sampayo: "Davamlılıq təkcə infrastruktur deyil, etibar və iştirakçılıq da tələb edir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2026
15:00
0
0
1 025
ff aaaaaaa

Antonio Sampayo: "Davamlılıq təkcə infrastruktur deyil, etibar və iştirakçılıq da tələb edir"

21 may, 2026
15:00
1 025

Antonio Sampayo: "Davamlılıq təkcə infrastruktur deyil, etibar və iştirakçılıq da tələb edir"

Davamlılıq təkcə infrastruktur deyil, etibar və iştirakçılıq da tələb edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.

"Digər mühüm nəticələrdən biri də davamlılığın yalnız fiziki infrastruktur prizmasından qiymətləndirilməməsidir. Bu fikir burada keçirilən konfrans çərçivəsində izlədiyim bir sıra tədbirlərdə də vurğulandı.Bu anlayış yalnız daşqın sədləri, drenaj və ya soyutma sistemləri demək deyil, baxmayaraq ki, həmin infrastruktur elementləri olduqca vacibdir. Davamlılıq eyni zamanda legitimlik, ictimai etibar, inklüzivlik və iştirakçılıq kimi amilləri də əhatə etməlidir. Gələcək üçün xüsusi maraq doğuran istiqamətlərdən biri şəhər təhlükəsizliyi və zorakılığın qarşısının alınmasına cavabdeh olan institutların necə müəyyənləşdirilməsi və gücləndirilməsidir. Burada söhbət yalnız polis və ya yerli təhlükəsizlik qurumlarından getmir. Məktəblər, ailələr, yerli bizneslər, biznes assosiasiyaları, icma təşkilatları və xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində fəaliyyət göstərən qeyri-rəsmi iştirakçılar da şəhər təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul