Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır
sizinxeber.az xəbər saytı

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır


Azərbaycan Mərkəzi Asiyanı Avropa və qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır.

"Report" xəbər verirr ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Körfəz-Mərkəzi Asiya Beyin Mərkəzləri Forumunda onlayn çıxışı zamanı deyib.

BMTM sədrinin sözlərinə görə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə maraq artmaqdadır.

O qeyd edib ki, bu proses iqtisadi tələbatlar, siyasi hesablamalar və daha geniş qlobal inkişaf meyillərinin qarşılıqlı təsiri ilə şərtlənir. Bütövlükdə, bu amillər regional əməkdaşlığı sadəcə seçim olmaqdan çıxararaq strateji zərurətə çevirir.

F.Şəfiyevin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq ənənəvi tranzit dəhlizlərindən asılılığın azaldılmasına, Avropa və digər qlobal bazarlara təhlükəsiz çıxışın asanlaşdırılmasına imkan verən praktik həll yolu təqdim edir:

"Bu baxımdan, Xəzər regionu üzrə inteqrasiya olunmuş ticarət, logistika və multimodal infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan uzun müddətdir, Mərkəzi Asiyanın ixrac məhsulları üçün əsas tranzit mərkəzlərindən biri olsa da, son dövrlərdə baş verən geosiyasi dəyişikliklər və məqsədyönlü infrastruktur inkişafı bu marşrutu cəlbedici və praktik baxımdan daha əlverişli edib. Bu meyil həmçinin ticarət, enerji və infrastruktur sahələrində genişlənən regional əməkdaşlıqda da öz əksini tapır".

Mərkəzin sədri əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilməsi mühüm dönüş nöqtəsidir.

"İlk dəfə olaraq Cənubi Qafqazdan olan bir ölkə əvvəllər yalnız Mərkəzi Asiya dövlətlərini əhatə edən bir çərçivəyə tamhüquqlu üzv olub. Bu addım Azərbaycanın regional arxitekturadakı rolunu gücləndirir və strukturlaşdırılmış əməkdaşlıq üçün yeni imkanlar açır".

Oxşar xəbərlər

Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynayır
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər