

Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb
30 il ərzində Azərbaycan ilə Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb və bu əlaqələr yüksək, strateji səviyyədədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutu ilə birgə təşkil olunmuş “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri mürəkkəb geosiyasi hadisələr fonunda baş tutub.
F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. “Biz Azərbaycan və Özbəkistanın özəl sektorları arasında əməkdaşlığı asanlaşdırmalıyıq”, - o bildirib.
Bundan əlavə, İdarə Heyətinin sədri Orta Dəhlizin və Mərkəzi Asiya ölkələri ilə bu layihədə əməkdaşlığın əhəmiyyətindən də danışıb.
Oxşar xəbərlər
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Bəxtiyor Mustafayev: İlham Əliyevin Özbəkistana səfəri çoxşaxəli əməkdaşlıqda yeni mərhələyə işarə edir
Fərid Şəfiyev: Azərbaycan-Özbəkistan əməkdaşlığı möhkəm təməllər üzərində inkişaf edir
İİTKM: Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ başlayıb
QMİ sədri Özbəkistan müftisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
