Mirziyoyev: Azərbaycan Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynayır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynadığını bəyan edib.
"Report"un Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, bu gün "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bunu bildirib.
Onun sözlərinə görə, forum Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaradır.
O, Özbəkistan və Azərbaycanın daha çox istifadə edilə biləcək əhəmiyyətli potensialını qeyd edib.
Prezident Mirziyoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb.
"Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumi regional proseslərin inkişafında iştirak etmək istəyini və Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqını böyük tarixi nailiyyət - ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla üçtərəfli Birgə Bəyannamənin imzalanması münasibətilə bir daha səmimi qəlbdən təbrik edirik", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Özbəkistan XİN: Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü olmalıdır
Mirziyoyev: Özbəkistan və Azərbaycanın birgə layihələr portfeli 4 milyard dollara çatıb
Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi müzakirə edilib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndidə ECO sammitində iştirak edəcək
Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












