Hantaviruslu gəmi dezinfeksiya ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
may
2026
07:00
0
0
1 440
ff aaaaaaa

Hantaviruslu gəmi dezinfeksiya ediləcək

18 may, 2026
07:00
1 440

Hantaviruslu gəmi dezinfeksiya ediləcək

Hantavirus aşkarlanan "MV Hondius" kruiz gəmisinin mayın 18-də Rotterdam limanına çatması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Niderland hakimiyyəti gəmini dezinfeksiya etmək üçün tədbirlər, eləcə də göyərtədə qalan 25 heyət üzvü və iki tibb işçisi üçün karantin şərtləri hazırlayır.

Bəzi xarici heyət üzvləri üçün artıq xüsusi karantin müəssisələri də hazırlanıb. Lakin, onların tövsiyə olunan 42 günlük təcrid müddətini orada keçirib-keçirməyəcəkləri hələlik məlum deyil.

Xatırladaq ki, gəmidə ağır tənəffüs yollarının xəstəliklərinin yayılması barədə ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatına 2 mayda məlumat verilib. Gəmidə doqquz yoluxma halı qeydə alınıb, onlardan altısı laboratoriyada hantavirus infeksiyası kimi təsdiqlənib, hamısı Andes virusu (ANDV) kimi müəyyən edilib, baxmayaraq ki, mayın 2-dən bəri yeni ölüm halları olmayıb.

İnsanlar, adətən, hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarışmış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul