Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
Qarabağ Universitetinin tələbə və müəllim heyətinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici” görüş keçirilib.
APA xəbər verir ki, bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində keçirilən tədbirdə ANAMA-nın mütəxəssisləri tərəfindən iştirakçılara mina və partlamamış hərbi sursatlar, onların təhlükəsi və fəsadları barəsində geniş məlumat verilib, mövzulara uyğun təqdimatlar nümayiş olunub. Həmçinin minaların növləri, partlayıcı sursatların əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin xüsusiyyətləri diqqətə çatdırılıb.
Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçaları təqdim olunub.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi mina və partlayıcı sursatların təhlükəsi haqqında cəmiyyətin maarifləndirilməsi, təhlükəsizlik bilgilərinin artırılması və təmin edilməsinə yönəlib.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə ötən ay 649 mina, 3079 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay 767 mina və 3301 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə daha 232 mina, 415 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə daha 110 mina, 839 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












