Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
sizinxeber.az xəbər saytı

Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir


Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin deyib.

Nazir bildirib ki, Uruqvayda sosial mənzil siyasəti çərçivəsində özəl sektor üçün vergi təşviqləri tətbiq olunur, ailələrə subsidiyalar verilir və tikilən mənzillər üçün qiymət limiti müəyyən edilir.

Onun sözlərinə görə, dövlət özəl sektorun bazara müdaxilə etməsinə deyil, fəaliyyətinin sosial mənzil istiqamətinə yönləndirilməsinə çalışır.

Tamara Paseyro Marin qeyd edib ki, mənzil layihələrinin uğuru üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti vacibdir və bütün institutlar layihələrin hazırlanması mərhələsindən prosesə cəlb olunmalıdır.

Nazir əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı siyasətdə əsas diqqət yalnız mənzilə deyil, infrastruktur, xidmətlər, sosial inteqrasiya və nəqliyyat imkanlarına yönəldilir.

Oxşar xəbərlər

Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
Tamara Paseyro Marin: "Mənzil maliyyələşməsi ölkədaxili mənbələrə söykənməlidir"
Uruqvaylı nazir: "Mənzil siyasəti təcrid deyil, inteqrasiya yaratmalıdır"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər