DMX rəisi: Azərbaycanda miqrasiya siyasətində insanyönümlü yanaşma tətbiq edilir
sizinxeber.az xəbər saytı

DMX rəisi: Azərbaycanda miqrasiya siyasətində insanyönümlü yanaşma tətbiq edilir


Dünya Miqrasiya hesabatının 2026-cı il üzrə nəşrinə əsasən dünyada olan beynəlxalq miqrantların sayı 2024-cü il üçün 304 milyon nəfər olmaqla dünya əhalisinin təqribən 3.3 faizini təşkil edib.

Sizinxeber.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı sessiyada bildirib.

O qeyd edib ki, iki həftə əvvəl miqrasiya gündəliyi nəzərdən keçirilib: “Qanunauyğun miqrasiyanı müzakirə etdik. Yeni Şəhər Gündəliyi, inklüziv şəhərin inkişafı, qlobal şəhərlərin dayanıqlılığı miqrasiya üçün vacibdir. Miqrantlar bu prosesdə əhəmiyylətli rol oynayırlar. Şəhərlər dəyişillik astanasındadır. Miqrantlar sadəcə əmək münasibətlərinə təsir göstərmirlər, eyni zamanda bilik və yaradıcılığa təsir göstərirlər. Azərbaycanda miqrasiya siyasətində insanyönümlü yanaşma tətbiq edilir. Onlar üçün müvafiq imkanlar təmin edir ki, miqrantlar özlərini evində hiss etsin".

Oxşar xəbərlər

Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb
Xidmət rəisi: COP29-dan sonra da miqrasiya və iqlim dəyişmələrini tənzimləyən qlobal səyləri dəstəkləyəcəyik
Uqoçi Daniels: Dünyada 300 milyon miqrant var
MDB Miqrasiya Orqanları Rəhbər Şurasının sədri seçilib
Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 100 milyon funt sterlinq ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər