Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb
Rusiyada miqrasiya qeydiyyatında olan xarici vətəndaşların sayı açıqlanıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin 1 sentyabr 2024-cü il tarixinə görə 6 174 777 əcnəbi vətəndaş miqrasiya uçotuna alınıb.
Rusiya Əmək miqrantlarının həmkarlar ittifaqından bildirilib ki, DİN rüb, altı ay və il üzrə miqrasiya qeydiyyatlarının sayını açıqlayırdı.
"Anladığınız kimi bunlar fərqli rəqəmlərdir. Eyni şəxs altı ay ərzində iki dəfə, bəziləri isə üç dəfə miqrasiya üçün qeydiyyatdan keçə bilər. Bu, bir ildə dörd dəfə də mümkündür. İndi biz bilirik ki, Rusiya ərazisində rəsmi, qanuni olaraq 6 milyon 175 min xarici vətəndaş yaşayır. Bu, bəzi “mütəxəssislərin” sadə insanları qorxutduğu kimi 15 və ya 20 milyon deyil", - deyə İttifaqdan bildirilib.
Oxşar xəbərlər
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Qanunsuz miqrasiya ilə bağlı 34 əcnəbi saxlanılıb
Azərbaycan və Türkiyə hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb
Rusiyada ilk dəfə ağır cinayətlərə görə məhkum olunanlar vətəndaşlıqdan məhrum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












