Xidmət rəisi: COP29-dan sonra da miqrasiya və iqlim dəyişmələrini tənzimləyən qlobal səyləri dəstəkləyəcəyik
sizinxeber.az xəbər saytı

Xidmət rəisi: COP29-dan sonra da miqrasiya və iqlim dəyişmələrini tənzimləyən qlobal səyləri dəstəkləyəcəyik


Azərbaycan COP29-dan sonra da insanların yerdəyişməsi və iqlim dəyişmələrini tənzimləyən əsas qlobal çərçivələr arasında daha geniş səviyyədə uyğunlaşmanın aparılması üçün səylərini əsirgəməyəcək.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” panelində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın Çempion ölkəsi qismində qlobal səviyyədə bu mürəkkəb əlaqədən doğan problemləri həll etmək üçün tərəfdaşlarla dialoqun təşviqi ilə bağlı proaktiv tədbirlər görməyə davam edəcək: “Regional səviyyədə biz əsas regional məsləhətləşmə mexanizmlərindən olan Almatı Prosesinə sədrliyimiz vasitəsilə ən yaxşı təcrübə və fikir mübadiləsini təşviq edəcəyik və bu sahədə tərəfimizdən artıq bəzi fəaliyyətlər həyata keçirilib. Xüsusilə dayanıqlığın artırılması və adaptasiya planlarının hazırlanması kimi lazımi səviyyədə öyrənilməmiş istiqamətlər ilə bağlı təlim və tədqiqat fəaliyyətlərimizi gücləndirəcəyimiz digər bir platforma isə BMT ilə birgə uğurlu təşəbbüsümüz olan Miqrasiya üzrə Regional Təlim Mərkəzidir. Bu təşəbbüs çərçivəsində tərəfdaş dövlətlərin müvafiq maraqlı tərəfləri ilə birgə Mərkəzin regionda bu sahədə effektiv təsisat rolunu oynaması üçün konseptual və institusional fəaliyyətinin gücləndirilməsinə diqqət yetirəcəyik”.

Oxşar xəbərlər

DMX rəisi: İqlim dəyişikliyi kontekstində insan mobilliyi məsələsini müzakirələrin mərkəzində saxlayırıq
BMqT: 2050-ci ilə qədər 260 milyondan çox insan daxili miqrasiyaya məruz qala bilər
Miqrasiya Xidməti COP29-la bağlı görülən işləri açıqlayıb
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər